Modern.az

Mahir Emreli koronavirusa yoluxdu

Mahir Emreli koronavirusa yoluxdu

Aktual

2 Dekabr 2020, 11:52

"Qarabağ"ın futbolçusu Mahir Emreli koronavirusa yoluxub.

 

Ağdam klubundan Modern.az-a verilən məlumata görə, 23 yaşlı hücumçunun testi müsbət çıxıb.

 

Emreli bu səbəbdən Avropa Liqasının IV tur matçı üçün Türkiyənin İstanbul şəhərinə yollanmayıb.

 

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu