Pandemiya başlayandan indiyə qədər hökumət tərəfindən ən effektli tədbirlər görülüb, indi də görülməkdədir.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Tibb Universitetinin (ATU) professoru Akif Qurbanov bildirib.
A.Qurbanov qeyd edib ki, hazırda narahat edən yoluxma sayının artması Azərbaycandan da yan keçmir:
"Baxmayaraq ki, dünya ölkələri müxtəlif tədbirlər görsə də, hələlik səmərə yoxdur. Vaksin, dərman olmadığından qorunma tədbirlərinə üstünlük verilməlidir. Maska taxırıqsa, düzgün taxmalıyıq. Əllərin düzgün yuyulması olduqca vacibdir".
Onun sözlərinə görə, hazırda xəstəxanalara ən ağır xəstələr qəbul edilir:
"Hazırda Azərbaycanda yoluxma sayının artması ailədaxili yoluxmalarla birbaşa bağlıdır. Çünki ev şəraitində gigiyena qaydalarına riayət edilmədikdə virus ailənin digər üzvlərinə də yoluxur. Bu baxımdan evdə müalicə alan şəxslər özünütəcridə ciddi riayət etməlidirlər.
İnsanlar adi soyuqlama halında müxtəlif müayunələrdən keçir. Bəzən həkimlər də xəstələri düzgüm istiqamətləndirmirlər. Bəzən insan kompyüter tomoqrafiyadan keçir və onda hansıaa fəsad aşkarlanmır. Belə olan halda vətəndaş arxayın şəkildə xəstə olmadığını düşünür və xəstəliyi başqalarına yayır. Mütləq adi soyuqlama əlamətində belə, özünün COVID-19 xəstəsi kimi özüntəcridə keçməli, həkimə müraciət etməlidir.
Həmçinin xəstə bütün əlamətləri hiss etsə də, analizin nəticələri neqativ çıxır. Bu halda da qəti şəkildə arxayınlaşmaq olmaz".
A.Qurbanov ictimai nəqliyyatdakə səxlıqdan da danışıb:
"Vacib plmadıqca, evdən çıxmayın. Avtobusda sıxlıqdırsa, piyada yeriməyə üstünlük verin. Çünki sərtləşməyə gedilsə, onsuz da evdə qapanacağıq.
Əgər Vətən müharibəsindəki birliyimizi COVID-19-la mübatizədə də bir olmalıyıq. Biz müharibədən yenicə çəxmış ölkəyik. Səhiyyəmiz onsuz da yüklənib. Hesab edin ki, sadə qaydalara riayət etməklə, yaralı əsgərlərimizi də qorumuş olarıq".