Modern.az

Ronaldodan dəhşətli statistika

Ronaldodan dəhşətli statistika

Aktual

2 Mart 2021, 22:10

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo bərbad statistikası ilə gündəmə gəlib.

 

Modern.az “fanatik”ə istinadla xəbər verir ki, 36 yaşlı hücumçu Kriştiano Ronaldo 2018-ci ildə “Real Madrid”dən transfer olunduğu “Yuventus” ilə 118 matçda 91 qol vurmağı bacarıb.

 

Lakin Ronaldo cərimə zərbələri ilə bağlı problem yaşayır. Portuqaliyalı futbolçu son 65 cərimə zərbəsindən yalnız 1-ni qola çevirə bilib. O, 2020-ci ilin iyulunda “Turin”ə qarşı derbidə cərimə zərbəsindən qol vura bilib.

 

Məsələ ilə bağlı açıqlama verən “Yuventus” baş məşqçisi Andrea Pirlonun fikrincə, cərimə zərbələrindən qol vurmaq vacibdir.

 

“Ronaldo yaxşı məşq edir və inkişaf edir. İnanıram ki, tezliklə cərimə zərbəsindən qol vuracaq”, - deyə Pirlo bildirib.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi