Modern.az

Ötən gün 16 mindən çox şəxsə vaksin vurulub

Ötən gün 16 mindən çox şəxsə vaksin vurulub

Aktual

24 Aprel 2021, 16:40

Azərbaycanda son sutkada 16090 nəfərə koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 8830 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 7260 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1412481 nəfərə COVID-19 əlyehinə vaksin vurulub.

 

Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 934906 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 477575 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı