Modern.az

Şəhid Xudayar Yusifzadənin qohumlarından həbs olunan yoxdur - Nazirlik

Şəhid Xudayar Yusifzadənin qohumlarından həbs olunan yoxdur - Nazirlik

Aktual

30 Aprel 2021, 17:32

Hazırda şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə status paylaşdığına görə Fuad Rəsulzadəni döyən şəxslər arasında həbs olunan yoxdur.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

 

DİN rəsmisi qeyd edib ki, artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır:

 

"Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prossesual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaq".

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...