Modern.az

Piyadaların maneəsiz hərəkəti 22 faiz artırılıb - Vüsal Kərimli

Piyadaların maneəsiz hərəkəti 22 faiz artırılıb - Vüsal Kərimli

Aktual

17 May 2021, 12:34

Piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə 165 küçədə pandus, 139 küçədə təhlükəsizlik tumbası, 121 küçədə məhəccər quraşdırılıb.

 

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

 

V.Kərimli bildirib ki, eyni zamanda 61 küçənin səkiləri standartlara uyğunlaşdırılıb:

 

“65 küçədə 146 yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, 78 piyada keçidində “sari döyünən işıq” tətbiq edilib. 14 məntəqədə isə  yeni 88 piyada svetaforu quraşdırılıb”.

 

BNA sədri qeyd edib ki, görülmüş işlər nəticəsində paytaxtın 6 rayonunda əlçatanlıq və təhlükəsizlik təmin edilib, piyadaların maneəsiz hərəkəti 22 faiz artırılmışdır:

 

“Piyadaların rahat  hərkəti üçün təxmini 130 km səkinin davamlılığı təmin edilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı