Modern.az

Üç ayda yol qəzalarında ölənlərin sayı açıqlandı

Üç ayda yol qəzalarında ölənlərin sayı açıqlandı

Aktual

17 May 2021, 12:38

Azərbaycanda istifadədə olan nəqliyyat vasitələrinin sayı 1 milyon 500 mindən artıqdır.

Modern.az-ın məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

N.Piriyev qeyd edib ki, ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir:

"Bu ilin 3 ayı ərzində ölkə ərazisində 376 yol qəzası baş verib ki, nəticədə 125 nəfər ölüb, 370 nəfər isə xəsarət alıb. Ötən illə müqayisə baş verən qəzaların sayı azalsa da, baş verən hadisələrin sayı çoxdur.

Təkcə 3 ayda Bakıda 103 yol qəzası baş verib. 

Aparılan təhllillər göstərir ki, baş verən yol qəzalarının 37,8 faizi piyada vurulmasıdır. Son 3 ayda Bakıda baş verən 103 nəqliyyat hadisəsinin 50-si piyada vurulmasıdır ki, nəticədə 17 nəfər ölüb, 34 nəfər xəsarət alıb".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı