Modern.az

Azərbaycanda vaksin vurulanların sayı AÇIQLANDI

Azərbaycanda vaksin vurulanların sayı AÇIQLANDI

Aktual

18 May 2021, 16:35

Azərbaycanda son sutkada 35914 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 10727 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 25187 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1834657 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1042781 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 791876 nəfərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı