Modern.az

Gəncədə xuliqanın işi məhkəməyə göndərildi

Gəncədə xuliqanın işi məhkəməyə göndərildi

Aktual

19 May 2021, 12:10

8 noyabr 2020-ci il tarixdə Samux-Gəncə avtomobil yolunun kənarında Gəncə şəhər sakini Ayxan Məmmədovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq Gəncə şəhər  prokurorluğunda istintaq aparılıb.

 

Gəncə şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı Elçin Əliyev bir gün öncə aralarında olmuş mübahisə ilə əlaqədar Ayxan Məmmədov ilə görüşərək heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

 

Elçin Əliyev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə)  və 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı