Modern.az

BNA təkliflər hazırladı - əsas yol və prospektlərdə sürət həddi endirilir

BNA təkliflər hazırladı - əsas yol və prospektlərdə sürət həddi endirilir

Aktual

19 May 2021, 12:30

Azərbaycan dövlətinin yol-piyada təhlükəsizliyi ilə bağlı prioritetlərini, eləcə də BMT-nin qlobal yol təhlükəsizliyi çağırışlarını əsas götürərək paytaxtın bəzi küçə və prospektlərində icazə verilən sürət həddinin endirilməsi ilə bağlı təklif hazırlanıb.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevməlumat verib.

 

M.ağayev qeyd edib ki, təklifə əsasən Xocəsən, Bibiheybət, Zığ, Zağulba, Xarici Dairəvi-1 avtomobil yollarında, Bakı-Şamaxı şosesi, habelə Heydər Əliyev, Ziya Bünyadov, Mikayıl Useynov, 8 Noyabr və Babək prospektlərində icazə verilən sürət həddinin endirilməsi nəzərdə tutulub:

 

“Təklif razılaşdırılması üçün aidiyyəti dövlət qurumuna göndərilib. Sadalanan yollar nəqliyyat və piyadaların iştirakı ilə baş verən qəza hadisələrinin ən çox qeydə alındığı yerlərdir. İcazə verilən sürət həddinin endirilməsi ilə yol-nəqliyyat hadisələrinin sayı, həmçinin hərəkət iştirakçılarının ölüm və yaralanma riski azalacaq”.

 

Onun sözlərinə görə, paytaxtda yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması daim dövlətin diqqətindədir:

 

“Məqsəd yol-nəqliyyat hadisələrinin sayının minimuma endirməklə vətəndaşların rahatlığı və sağlamlığının qorunmasıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı