Modern.az

DTX-dan ABŞ-ın ölkəmizlə bağlı çağırışına CAVAB 

DTX-dan ABŞ-ın ölkəmizlə bağlı çağırışına CAVAB 

Aktual

19 May 2021, 13:11

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ABŞ-ın Dövlət  Departamentinin öz vətəndaşlarına ölkəmizlə bağlı çağırışına cavab verib.

 

DTX-nın İctimai əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır:

 

“Qeyd olunan məsələ nəzarətimizdədir və müvafiq araşdırmalar aparılır”.

 

Qeyd edək ki, ABŞ-ın Dövlət Departamenti Azərbaycan və Ermənistana COVİD-19 və terrorizm səbəbindən getməməyə çağırıb. 

Məlumatda “Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinin” çağırışı da yer alıb. 2020-ci ilin payızında Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən intensiv döyüşlərdən sonra ərazi yüksək riskli bölgə olaraq təsvir edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİNLİK ARTDI! Öz işinizlə məşğul olun! -Bakıdan İrana sərt cavab