Modern.az

Nazirlik 430 nəfərin işlə təmin olunması üçün göndəriş verdi

Nazirlik 430 nəfərin işlə təmin olunması üçün göndəriş verdi

Aktual

19 May 2021, 15:14

Postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində dəstək göstərilən şəhid ailəsi üzvləri, qazi və yaxınlarının statistikası açıqlanıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, bu kateqoriyadan olan 6 mindən çox şəxsin məşğulluğuna dəstək verilib:

 

“Onlardan 4666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub. Seçdikləri iqtisadi fəaliyyət növləri üzrə həmin şəxslərin kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün proqram əsasında aktivlərlə təminatı işləri aparılır. Bu kateqoriyalardan olan 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı