Modern.az

TƏBİB-dən şəkər xəstəsinin şikayətinə REAKSİYA - “İnsulin normasının azaldılması...”

TƏBİB-dən şəkər xəstəsinin şikayətinə REAKSİYA - “İnsulin normasının azaldılması...”

Aktual

20 May 2021, 10:36

 “Şəkərli diabet xəstəsinə insulin təyini Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir”.

 

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın Ağstafadan olan şikayətçi Ella Qəhrəmanovanın şikayətinə əsasən ünvanlanan  sorğusuna cavab olaraq bildirilib.

 

Rəsmi məlumata görə, qərarla hər bir xəstə üçün vahid norma müəyyənləşib:

“O normanın azaldılıb-artırılması yolverilməzdir”.

 

Qeyd edək ki, Ağstafa sakini, şikayətçi E.Qəhrəmanova hər ay poliklinika həkimindən 2 flakon – “İnsularatd”, “Actrapid”  insulinlərini aldığını bildirib:

“Dünən poliklinikada sadəcə 1 flakon verib dedilər ki, bizlik deyil, Bakıdan belə tapşırıblar. Baş həkim İlham Sofiyev də paytaxtdan belə göstəriş aldıqlarını açıqladı”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...