Modern.az

“Vətən müharibəsində hansı yaralını birinci əməliyyat edim? - Cavab üçün 1 dəqiqəm var idi”

“Vətən müharibəsində hansı yaralını birinci əməliyyat edim? - Cavab üçün 1 dəqiqəm var idi”

Aktual

20 May 2021, 13:38

“Müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa, vaxtında və ixtisaslı yardım göstərməyə vadar edir”.

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov 20 may Ümümdünya Travmotoloq günü ilə bağlı müsahibəsində bildirib.


Baş travmatoloqun sözlərinə görə, onurğa cərrahiyəsi uzun saat ərzində icra olunan əməliyyatlardır:


“Daha sonra çanaq sınıqları çox ağır əməliyyatlardan sayılır. Çünki daxili orqanlar var və multidissplinar yanaşma tələb edir. Ümumi cərrahla, uroloqla yanaşı aparılmalı əməliyyatlar sırasındadır. Süni oynaq əməliyyatları qısa zaman çəksə də çox dəqiqlik və həssaslıq tələb edən əməliyyatlar arasındadır. Əl, mikrocərrahiyyə 17 saata bərabər əməliyyatlardır və həkim bir bir damarları tikir. Travmatologiya və ortopediya çox bahalı və çətin sahədir. Məsələn bəzən müraciətlərə baxırıq yol qəzaları nəticəsində baş verən qalıcı travmalar və ölüm halları bizi çox məyus edir. Düşünürəm ki, yol hərəkət qanunları, sürət həddi ölkəmizdə çox yaxşı tənzim olunub. Niyə bizə müraciətlər bu ehtiyatsızlıqdan olamlıdır. Bizdə yol qəzaları ilə bağlı ölüm sıfıra bərabər olmalıdır. Təəssüf ki, ölkəmizdə yol qəzalarından hər 100 min nəfərdən 2018-ci ildə 79, 2019-cu ildə isə 83 nəfər dünyasını dəyişən insan olub”.

 

Həkim deyib ki, travmatologiyada “qızıl 1 saat” anlayışı tətbiq edilir:

“Qızıl saat reanimasiyada ilk tibbi yardım göstərməyə imkan verən, zədələnmədən sonra müddəti təyin etmək üçün istifadə edilən bir termindir. Bu müddət zamanında olan müdaxilə xəstənin ölümünün qarşısını alacağı ehtimalının yüksək olduğuna inanılır. Travmatoloji ağır yaralanmalarda bu zaman kəsiyi çox vacibdir. Ona görə də vətəndaşlara müraciət edirəm ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım maşınlarına yol verin. Bu addımla həqiqətən kiminsə həyatını qurtara bilərsiniz”.

 

 İ.Qasımov bildirib ki, zədələnmənin adi hal aldığı müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa, vaxtında və ixtisaslı yardım göstərməyə vadar edir:

“Çox qısa zaman öncə Vətən müharibəsini yaşamışıq. Mən 1-ci Qarabağ müharibəsində, 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərmişəm və hələ də göstərirəm. Müharibədə əsas yaralanmalar 60-70 % ətraflarla bağlı olur. Tibbi xidmət baxımından dəyərləndirsək, burda bizim əsas 3 komponentlə qurulur.

Dərman təchizatı dövlət tərəfindən tam təmin edilmişdi. Transfer - həm təcili yardım maşınları həm də helikopterlərlə daşınma çox operativ idi. Sonuncu isə savadlı tibbi heyət. Mən çox rahatlıqla deyirəm ki, həkimlər olaraq fədakar və yüksək xidmət göstərildi. Düşünün gün ərzində 20-ə yaxın yaralı qəbul edib 2 saat yuxu ilə keçən günlərdən bəhs edirəm sizə. Hansı xəstəni ilk əməliyyat etməliyəm? Bunu düşünmək üçün cəmi 1 dəqiqə zamanım var idi. Amma həm dövlət tərəfindən, həm insanlar tərəfindən bizə o qədər isti yanaşma var idi ki, yorğunluq orada hiss olunmurdu. Bu bizim üçün müqəddəs bir xidmət idi. Vətən müharibəsində bir daha qəhrəman əsgərlərimiz və həkimlərimizlə qürur duyduq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı