Modern.az

Sevgilisini və özünü güllələyən polisə cinayət işi açıldı

Sevgilisini və özünü güllələyən polisə cinayət işi açıldı

Aktual

20 May 2021, 15:36

Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində, eləcə də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:

 

“Hazırda Baş Prokurorluğun istintaq idarəsinin kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.

 

G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı