Modern.az

Oğrular Azərbaycanın sabiq baş infeksionistinin evini QARƏT EDİBLƏR

Oğrular Azərbaycanın sabiq baş infeksionistinin evini QARƏT EDİBLƏR

Aktual

21 May 2021, 10:02

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, mayın 20-də alpinist alətləri ilə binaların damından balkonlara düşərək evlərdən 2 milyonluq oğurluq edən şəxslər tutulub. Cavid Süleymanov və Əhməd Əhmədovun oğurluq etdiyi evlərdən biri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub.

Onlar C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb (Qafqazinfo).


Modern.az
məsələni dəqiqləşdirmək üçün C.İsayevə müraciət edib. C.İsayev məlumatı nə təkzib, nə də təsdiq edib:


“Xahiş edirəm bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edin. Mən hər hansı məlumat açıqlaya bilmərəm”.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a artıq məsələ ilə bağlı rəsmi məlumatın yayıldığını deyib:


“Biz oğruların hansı evə girdiyin, hansı evdən nə qədər pul, nə qədər qızıl-zinət əşyaları apardığını açıqlaya bilmərik. Çünki bu, vətəndaşların şəxsi məlumatlarıdır və detalların icazəsiz açıqlanması qanunaziddir”.


DİN-in yaydığı məlumata görə, paytaxtın Xətai rayonunda hündürmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min dollar nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə saxlanılıblar. 
 

Cinayət hadisəsi 2019-cu ilin avqust ayında baş verib. C.Süleymanov oğurluq etmədən əvvəl 2016-cı ildə xarici ölkədə alpinist hazırlayan kurslarda iştirak edib. O, oğurluq etdiyi mənzillərdə iz buraxmamaq, hadisə yerindən yayınmağın yollarını öyrənmək üçün kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında ədəbiyyatlar oxuyub. Həmçinin, əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Əhməd Əhmədov isə binaların ətrafında dayanaraq gözətçilik edirmiş.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı