Modern.az

Agentlikdən məktəblərlə bağlı YENİLİK

Agentlikdən məktəblərlə bağlı YENİLİK

Aktual

25 May 2021, 16:04

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində 1 nömrəli tam orta məktəb, Kimya-Biologiya Təmayüllü  Lisey və 3 nömrəli xüsusi təhsil müəssisəsi ətrafında piyada təhlükəsizliyinin artırılması məqsədilə görülən işlər açıqlanıb.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində məktəblərin ətrafında:

 

- sürət həddi 30km/saat-a endirilib;

- yol kəsişmələrində müvafiq yol nişanları quraşdırılıb;

- yeni eyni səviyyəli piyada keçidləri təşkil edilib;

- sürət həddinə riayət olunmasının təşviq edilməsi üçün məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb;

- təhlükəsizliyin maksimum həddə çatdırılması üçün eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.

 

Rəsmi məlumata görə, əlçatanlığın təmin edilməsi məqsədilə həmin məktəblərin ətrafında pandusların quraşdırılması istiqamətində işlərə başlanılacaq:

 

“Ümumilikdə qeyd olunan təhsil müəssisələri ətrafında maarifləndirmə işləri “Nəqliyyat Könüllüləri" tərəfindən davam etdirilib. Könüllülərimiz hərəkət iştirakçılarını təhlükəsizlik qaydaları haqqında maarifləndirib, "Həyat dolu küçələr" şüarı ilə sürücüləri ehtiyatlı olmağa çağırıblar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı