Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlanıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, hazırda idarə əməkdaşları tərəfindən cəmiyyətdə araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktı təsdiqləyiblər. Bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.