Modern.az

Ölkəmizdə vaksin vurduranların sayı 2 milyonu ÖTDÜ

Ölkəmizdə vaksin vurduranların sayı 2 milyonu ÖTDÜ

Aktual

25 May 2021, 16:38

Azərbaycanda son sutkada 34287 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 24233  nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 10054  nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2021371 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1158631 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 862740  nəfərdir.

Sizə yeni x var
Keçid et
GƏRGİNLİK ARTDI! Öz işinizlə məşğul olun! -Bakıdan İrana sərt cavab