Bu gün səhər saatlarında paytaxtda nəqliyyatın hərəkətini iflic edən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən edilən dəyişiklik aradan qaldırılıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.
BNA rəsmisinin sözlərinə görə, həmçinin, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində bağlanan geriyə dönmə yolu da açılıb.
Qeyd edək ki, bu gün səhər Bakıda saatlarla davam edən tıxac yaranıb. Vətəndaşlar tıxac səbəbindən işə, getdikləri ünvana çatmaqda çətinlik çəkiblər.