Modern.az

Bakı bu gün də tıxaca təslim oldu - FOTOLAR

Bakı bu gün də tıxaca təslim oldu - FOTOLAR

Aktual

26 May 2021, 09:12

Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.


Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, sıxlıq olan küçə və prospektlərdə ekspress və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr müşahidə edilir. 


- Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyədək;


- Heydər Əliyev prospekti - Mərkəz istiqamətində əsas və köməkçi yolda;


- 8 noyabr prospekti - Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək;


- A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelədək;


- Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində;

- Aeroport şossesi - Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünədək;


- Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısınadək;


- Moskva prospekti - 20 yanvar dairəsi istiqamətində Avtovağzalın qarşısınadək sıxlıq müşahidə edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı