Modern.az

Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra öldü

Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra öldü

Aktual

26 May 2021, 16:46

Baş Prokurorluq Lənkəran rayonunda ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama verib.

 

Qurumun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, mayın 26-da Lerik rayonunun Hücü kənd sakini Yaqubzadə Fəridə İlyas qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla 1993-cü il təvəllüdlü Fəridə Yaqubzadənin mayın 25-də daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağının doğulması, əməliyyatdan sonra ananın vəziyyətinin pisləşməsi və ertəsi gün saat 5 radələrində ölməsi müəyyən edilib.

 

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...