Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Bakı şəhəri üzrə COVID-19a yoluxma statistikası dəyişməz qalıb.
Modern.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxtda yoluxma faizi əvvəlki göstəricidə olduğu kimi 54.2 faiz qalıb.
Sonrakı yerlərdə 13 faizlə Abşeron, 12 faizlə Aran, 7.2 faizlə Gəncə-Qazax, 3.1 faizlə Quba-Xaçmaz, 4.1 faizlə Şəki-Zaqatala, 2.4 faizlə Lənkəran, 2.3 faizlə Dağlıq Şirvan, 1.4 faizlə Yuxarı Qarabağ qərarlaşıb.
Ölkə üzrə ən aşağı yoluxma Naxçıvan Muxtar Respublikasındadır. Ötən statistikada Muxtar Respublikada yoluxma faizi 0.4 faiz olsa da, hazırda 0.8 faiz təşkil edir.
Rəsmi məlumata görə, ölkə xairicində yoluxanlar ümumi yoluxanların 0.3 faizini təşkil edir.