2021-ci ilin aprel ayında yaşa görə pensiya alanların ümumi sayı 714 min nəfərdən çox olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, onların 59,2 %-ni qadınlar, 40,8 %-ni isə kişilər təşkil edib.