Modern.az

Gəncədə kişi keçmiş arvadını ÖLDÜRDÜ

Gəncədə kişi keçmiş arvadını ÖLDÜRDÜ

Aktual

27 May 2021, 10:35

Mayın 26-da saat 13 radələrində Gəncə şəhəri ərazisində Günay Amanovanın bıçaqlanaraq öldürülməsi barədə  şəhər  prokurorluğuna məlumat daxil olub.

 

Gəncə şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin keçmiş əri Qafar Amanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Günay Amanovaya xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Qafar Amanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı