Modern.az

Sabahdan Bakı-Sumqayıt qatarı yeni qrafiklə İŞLƏYƏCƏK

Sabahdan Bakı-Sumqayıt qatarı yeni qrafiklə İŞLƏYƏCƏK

Aktual

27 May 2021, 11:50

28 may tarixində Abşeron dairəvi dəmir yolu xəttində qatarların hərəkəti qeyri-iş günlərində olduğu qrafikə uyğun saxlanılır.

 

Azərbaycan Dəmir Yolları QSC-dən Modern.az-a verilən məlumata görə, həmin gün hər iki xətt üzrə aşağıdakı qatarlar hərəkətdə olacaq:

 

Bakı-Pirşağı-Sumqayıt xətti üzrə

 

Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli,
Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli;

 

Bakı-Xırdalan-Sumqayıt xətti üzrə

 

Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli,
Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust tarixinə kimi uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı