Modern.az

Peyvənd növbəsi yaranıb - Nazirlik açıqlama verdi

Peyvənd növbəsi yaranıb - Nazirlik açıqlama verdi

Aktual

27 May 2021, 15:12

Səhiyyə Nazirliyi vaksin sıxlığı ilə bağlı sosial şəbəkələrdə yyaılan fotolara dair açıqlama verib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, sonuncu brifinqindən sonra məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb:

 

“Məntəqələrə müraciət edənlərin 90 faizi qeydiyyatdan keçmədən gəlir. Onların qeydiyyata alınması müəyyən vaxt alır. Bu, onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur, çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil olmasına etiraz edirlər.

Poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır, bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır.

Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı