Modern.az

Azercell problemin səbəblərini açıqladı - YENİLƏNİB

Azercell problemin səbəblərini açıqladı - YENİLƏNİB

Aktual

27 May 2021, 17:16

Azercell bəzi bölgələrdə zənglərin həyata keçirilməsindəki çətinliklərlə əlaqədar Modern.az-ın sorğusuna cavab verib.

"Abunəçilərimizin nəzərinə çatdırmaq istərdik ki, bəzi bölgələrdə zənglərin həyata keçirilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür. Yaranmış narahatçılığa görə təəssüf edir və bildiririk ki, aparılan təkmilləşdirmə işləri ən qısa zamanda  yekunlaşdırıldıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin ediləcək",-deyə şirkət bildirib.

***

 

Artıq bir neçə dəqiqədir ki, Azercell mobil operatorunun nömrələrindən zəng etmək mümkün deyil. Abonentlər yalnız digər mobil operatorlar vasitəsilə Azercell nömrələrinə zəng edə bilirlər.

 

Məsələ ilə bağlı Azercell-in mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ araşdırılır, məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı