Modern.az

Bakıdan Naxçıvana avtobus işləməyəcək - Rəsmi

Bakıdan Naxçıvana avtobus işləməyəcək - Rəsmi

Aktual

27 May 2021, 15:34

Naxçıvan Muxtar Respublikasına yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

 

N.Allahyarova qeyd edib ki, buna səbəb Naxçıvana səfərin İran üzərindən gerçəkləşməsidir.

 

“Sərhədlər açılmadığı üçün Naxçıvana hələlik sərnişindaşıma həyata keçirilməyəcək. Gürcüstan digər ölkələrlə sərhədləri açsa da, Azərbaycanda belə bir qərar qəbul edilməyib. Gürcüstan və digər ərazilərə sərnişindaşıma ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...