Modern.az

DİN vətəndaşlara müraciət etdi

DİN vətəndaşlara müraciət etdi

Aktual

27 May 2021, 16:30

Daxili İşlər Nazirliyi (DİN) 2021-ci il 31 may və 10 iyun tarixlərdən ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində  tətbiq olunan məhdudiyyətlərin bir qisminin aradan qaldırılması barədə qərarlarla bağlı vətəndaşlara müraciət edib.

 

DİN-dən Modern.az-a verilən məlumatda bildirilib ki, mövcud yumşalma tədbirləri arxayınlıq hissi yaratmamalı, daha məsuliyyətli olmalı, koronavirus infeksiyasının doğurduğu təhlükə bir an belə unudulmamalıdır:

 

“Hər zaman özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalı, böyük və gərgin fəaliyyət nəticəsində yoluxmaların dinamikasında əldə edilmiş müsbət təmayül möhkəmləndirilməli və inkişaf etdirilməlidir.

 

İyun ayı ərzində Bakı şəhərində keçiriləcək iki beynəlxalq idman tədbirinin azarkeşləri də xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.  

 

Qapalı məkanlarda, o cümlədən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan istifadə etmək, açıq havada istirahət zamanı, çimərliklərdə olarkən sosial məsafə saxlamaq, ümumən karantin rejimi dövrü üçün qüvvədə olan qaydalara əməl etmək mütləq və vacibdir. Bütün qabaqlayıcı tədbirlər sağlamlığınızın qorunmasına xidmət edir. Biz amansız virusa yalnız birlikdə, qaydalara riayət etməklə qalib gələ bilərik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı