Modern.az

Bu gün 50 mindən çox şəxsə vaksin vurulub

Bu gün 50 mindən çox şəxsə vaksin vurulub

Aktual

27 May 2021, 16:45

Azərbaycanda son sutkada 50903 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41421  nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 9482  nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2106889 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1226201 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 880688  nəfərdir.

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar