Modern.az

Dövlət Agentliyi xəstəxanaların qabağındakı sıxlığa aydınlıq gətirdi

Dövlət Agentliyi xəstəxanaların qabağındakı sıxlığa aydınlıq gətirdi

Aktual

27 May 2021, 17:24

"Hazırda “COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə elektron xidməti”nin fəaliyyətində heç bir problem yoxdur".

 

Bunu Modern.az-ın vaksinasiya ilə bağlı tibb müəssisələri qarşısında yaranmış sıxlıqla bağlı sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildiriblər.

 

Qeyd olunub ki, vətəndaşlar peyvənd olunmaq üçün //randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir:

 

"Randevu sistemi hər bir tibb müəssisəsinin imkanlarını nəzərə alaraq növbə götürülməsini tənzimləyir.

 

Vətəndaşlardan bir daha xahiş edirik ki, tibb müəssisələrində sıxlıq yaranmaması üçün “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə edərək vaksinasiya üçün onlayn növbə götürsünlər.

 

Nəzərinizə çatdıraq ki, Bakı şəhəri üzrə vaksinasiyanı Səhiyyə Nazirliyi, digər şəhər və rayonlarda isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həyata keçirilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı