Modern.az

Bir il əvvəlki qəza yeni kimi təqdim olundu - FOTO

Bir il əvvəlki qəza yeni kimi təqdim olundu - FOTO

Aktual

28 May 2021, 09:46

27 may 2021-ci ildə bəzi informasiya saytlarında “Bakıda avtobus qəzası-Ölən var” başlıqlı yazı dərc edilib.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, məlum hadisə bir il əvvəl 23 iyul 2020-ci ildə baş verib:

 

“Bu kimi xəbərlərin insanlar arasında həyacana səbəb olduğunu nəzərə alaraq bir daha mediadan olan həmkarlarımızı dəqiqləşdirilməmiş informasiyalar yaymaqdan çəkinməyə çağırırıq. Şəhər nəqliyyatı ilə bağlı əhalinin düzgün məlumatlandırılması və maarifləndirilməsi üçün əldə olunan hər bir informasiyanın Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə dəqiqləşdirilməsini tövsiyə edirik.

 

Bu eyni zamanda nəqliyyat sistemində tətbiq edilən yeniliklər zamanı məqsədli şəkildə əsassız və qeyri-obyektiv məlumatların yayılmasının qarşısının alınması baxımından da vacibdir».

 

M.Ağayev KİV-in təmsilçisi olan dostlardan çağırışa anlayışla yanaşacalaqlarına, məlumatlandırma və maarifləndirmə işinə daha faydalı dəstək olacaqlarına ümid etdiyini deyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı