Modern.az

60 yaşlı kişi Araz çayında batdı

60 yaşlı kişi Araz çayında batdı

Aktual

17 İyun 2021, 08:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində 1961-ci il təvəllüdlü Cahangirov Teymur Namaz oğlunun batması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!