Modern.az

Rüstəm Əbülfətoğlu üçün özəl gündür

Rüstəm Əbülfətoğlu üçün özəl gündür

Aktual

17 İyun 2021, 11:44

Bu gün ANS telekanalından tanıdığımız jurnalist Rüstəm Əbülfətoğlunun doğum günüdür.

 

Modern.az xəbər verir ki, R.Əbülfətoğlu telejurnalistika ilə təkcə ANS-də deyil, ATV və “Space” kanallarında da məşğul olub.

 

Eyni zamanda, hər üç telekanalda baş redaktor vəzifəsində çalışıb. 2008-ci il noyabrın 23-də ANS-in yayımı dayandırılarkən də Rüstəm Əbülfətoğlu bu kanalın baş redaktoru idi. Məhz həmin hadisədən sonra o, telejurnalistikanı tərk edib.

 

Mətbuatdan bir müddət uzaqlaşan Rüstəm Əbülfətoğlu həmin vaxtlarda özəl bizneslə məşğul olub.

 

Hazırda jurnalist Medianın İnkişafı Agentliyində (MEDİA) Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsində çalışır.

 

Fidan İlqar

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?