Modern.az

Naftalanda şəhid və qazi övladları asudə vaxtlarını səmərəli keçirirlər

Naftalanda şəhid və qazi övladları asudə vaxtlarını səmərəli keçirirlər

Aktual

17 İyun 2021, 12:16

Naftalanda şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün Naftalan Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı  ilə açıq havada  tədbir təşkil olunub. 

 

Modern.az xəbər verir ki, Şəhid və qazi övladlarına qardaş Türkiyənin milli yığmasının futbol formaları təqdim edilib və uşaqlar Türkiyə-Uels matçını onlayn qaydada qürurla izləyərək Türkiyə futbol komandasına azarkeşlik ediblər.

 

Şəhid və qazi övladlarını müşaiyət edən valideynləri tərəfindən onların övladları üçün təşkil olunan belə tədbirlər müsbət qiymətləndirilib və onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?