Modern.az

Fermadan 120 baş qoyun oğurlayan çoban TUTULDU

Fermadan 120 baş qoyun oğurlayan çoban TUTULDU

Aktual

17 İyun 2021, 12:58

Saatlıda fermadan xırdabuynuzlu heyvanlar oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də şəhər sakini N.Amanova məxsus fermadan 120 baş qoyun oğurlamaqda şübhəli bilinən orada çoban işləyən Yardımlı rayon sakini S.Sarıyev saxlanılıb.

 

Onun əvvəllər məhkum olunduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?