Modern.az

Şabranda məktəbin həyəti və ağacları yandı

Şabranda məktəbin həyəti və ağacları yandı

Aktual

17 İyun 2021, 14:24

Şabranda -Nizami küçəsi-17-də yanğın hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, yanğın 3 saylı məktəbin yaxınlığındakı zibillikdən başlayıb. Külək yanğının məktəbin həyətinə keçməsinə səbəb olub. Məktəbin həyətindəki ağaclar və çəpəri yanıb. Sonra alov kənd sakini Nailə Daşdəmirovanın bağ sahəsinə, ordan isə Dəmir yol ambulatoriyasının binasına keçib.

 

Nailə Daşdəmirovanın meyvə bağı yanıb. Hadidə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilub.

 

Aytəkin ALXASLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?