Modern.az

QMİ-dən "Qurani-Kərimi" öyrənmək istəyənlərə kömək - VİDEO

QMİ-dən "Qurani-Kərimi" öyrənmək istəyənlərə kömək - VİDEO

Aktual

17 İyun 2021, 14:30

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) layihəsi olan "114 TV"nin efirində yeni proqrama start verilib.

 

Modern.az xəbər verir ki, proqram onlayn formada "Qurani-Kərimi" oxumağı öyrənmək istəyənlər üçün nəzərdə tutulub.

 

"Quran" müəllimi İlkin Həsənzadənin təqdimatında olan verilişin artıq ilk bölümləri yayımlanıb.

 

Ənənəvi tədrisdən fərqli olaraq burada dərslər oxunuş və yazı qaydaları olaraq iki hissəyə ayrılır. Həm hərf və kəlmələrin səsli tələffüzü, həm də yazı qaydaları tədris olunur.

 

Verilişlər mütamadi olaraq "114 TV"nin rəsmi "Youtube" kanalında və digər sosial media hesablarında yayımlanacaq.

 

Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir