Modern.az

Nabranda 30 hektar biçilməmiş taxıl sahəsi yanıb - FOTOLAR

Nabranda 30 hektar biçilməmiş taxıl sahəsi yanıb - FOTOLAR

Aktual

17 İyun 2021, 16:37

Xaçmazın Nabran kəndində biçilməmiş taxıl sahəsində yanğın qeydə alınıb.

 

Modern.az xəbər verir ki, nəticədə 30 hektar sahə tam yanıb. Yanğın söndürülsə də alov yaxınlıqdakı meşəyə keçib. Meşə yanğınının söndürülməsinə FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

 

Xaçmaz FHK sədri, Raon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov alovun genişlənməsinin qarşısını almaq üçün tədbirlərin davam etdirildiyini deyib.

 

Aytəkin ALXASLI

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...