Modern.az

Daha bir əsgərimizin ölüm xəbəri yayıldı

Daha bir əsgərimizin ölüm xəbəri yayıldı

Aktual

18 İyun 2021, 16:12

Laçın rayonu ərazisində xidmət edən daha bir hərbi qulluqçumuzun göldə boğularaq hələk olduğu barədə məlumat yayılıb.

 

Modern.az xəbər verir ki, hərbi bloger Tofiq Şahmuradovun sosial şəbəkədə bildiriyinə görə, həlak olan əsgər İsmayıllı rayonu, Quşencə kənd sakini, 2001-ci il doğumlu Əkbərov Nicat Eynulla oğludur.

 

Vətən müharibəsi iştirakçısı olan Nicatın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edildiyi bildirilir.

 

Azərbaycan Müdafiə Nazirliyi fakta hələ ki münasibət bildirməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?