Modern.az

İranda seçkilərin II turu olacaq? - Dörd namizəddən heç 50 faiz səs yığmasa...

İranda seçkilərin II turu olacaq? - Dörd namizəddən heç 50 faiz səs yığmasa...

Aktual

18 İyun 2021, 17:42

İyunun 18-də İran İslam Respublikasında 13-cü prezident seçkiləri keçirilir.


Modern.az
xəbər verir ki, səhər saat 7:00-dan məntəqələrdə səsvermə prosesi başlayıb.


İranın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə 59 milyon 310 min 307 nəfər seçici var. Bu il 1 milyon 392 min 148 nəfər ilk dəfə səsvermədə iştirak edəcək. İranın iri şəhərlərindən olan Tehran, Təbriz, Urmiya, Şiraz və başqalarında seçici fəallığı müşahidə olunur.


Seçkiyə əvvəldən 7 namizəd qatılsa da, bəziləri namizədliyini geri çəkdiyindən onların sayı 4 nəfər qalıb.

İbrahim Rəisi

Möhsün Rezai
Əbdülnasir Həmmati
Əmirhüseyn Qazizadə Haşimi.

Saat 16:45-ə olan məlumata görə, seçkilərdə 14 milyon nəfər səs verib ki, bu da seçicilərin 23%-i deməkdir. Ekspertlər bunu aşağı göstərici sayırlar.

Əgər namizədlərdən heç biri seçicilərin 50 faizinin səsini birinci turda ala bilməsə, ikinci tur olacaq.

Rəy sorğuları mühafizəkar namizəd, din xadimi İbrahim Rəisini seçkinin lideri sayır, onun əsas rəqibi Mərkəzi Bankın keçmiş rəhbəri Əbdülnasir Həmmati hesab edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?