Modern.az

Baş Assambleya Quterrişi yenidən BMT-nin Baş katibi TƏYİN ETDİ

Baş Assambleya Quterrişi yenidən BMT-nin Baş katibi TƏYİN ETDİ

Aktual

18 İyun 2021, 17:30

BMT Baş Assambleyasının bu gün keçirilmiş iclası zamanı Antoniu Quterriş ikinci müddətə təşkilatın Baş katibi təyin edilib.

 

Modern.az-a TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır açıqlayıb.

 

“Məmnunluq hissi ilə bəyan edirəm ki, Antoniu Quterriş 2022-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək ikinci müddətə BMT-nin Baş katibi təyin edilib”, - o bildirib.

 

Xatırladaq ki, Quterriş BMT-nin baş katibi vəzifəsinə yeganə namizəd idi. Daha əvvəl onun namizədliyini BMT-nin Təhlükəsizlik Şurası dəstəkləmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?