Modern.az

Prezident Goranboyla bağlı sərəncam imzaladı

Prezident Goranboyla bağlı sərəncam imzaladı

Aktual

21 İyun 2021, 13:35

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, Sərəncama əsasən otuz bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.7-ci yarımbəndində göstərilmiş 13,5 milyon (on üç milyon beş yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?