“Strasburqdayıq, AŞPA-nın yay sessiyası bu gün öz işinə başlayır. Yay sessiyasının maraqlı proqramı var”.
Modern.az-ın məlumatına görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadarai bildirib.
Deputat deyib ki, AŞPA-nın yay sessiyasında Büronun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək. Daha sonra bir sıra önəmli məsələlər ətrafında müzakirələr aparılacaq.
“Məsələn, siyasətçilərin səlahiyyətlərinin icrası zamanı verdiyi açıqlamalara görə mühakimə olunub-olunmaması, media azadlığı, ictimai etimad və insanların “bilmək” hüququ, Covid-19 pasportu və insan huquqları, Covid-19 pandemiyasının uşaq hüquqlarına təsiri, Avropa ölkələrinin diasporlara dair siyasəti, Avropada Afrofobiya ilə mübarizə və s.
Nümayəndə heyətimiz fəal iştiraka hazırdır. Həmişə olduğu kimi bu dəfə də ölkəmizin maraqlarına cavab verən əsas məsələləri gündəmə gətirəcəyik”.