Modern.az

Sahil Babayevdən şəhid ailələri və qazilərlə bağlı video MÜRACİƏT

Sahil Babayevdən şəhid ailələri və qazilərlə bağlı video MÜRACİƏT

Aktual

21 İyun 2021, 13:56

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”na qoşulanların sayı artmaqda davam edir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazir Sahil Babayev artıq 100-dən çox işəgötürənin bu marafona qoşularaq vakansiyalarını elektron sistemə daxil etdiklərini bildirib, hər bir işəgötürəni bu aksiyaya qoşulmağa dəvət edib.

 

İşəgötürənlər bu aksiyada fəal iştirak etməklə Vətən uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və həmin döyüşlərdə sağlamlıqlarını qurban vermiş qazilərimizin məşğulluğunun təminatına dəstək vermiş olurlar.

 

ƏƏSMN tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?