Modern.az

İspaniyada azarkeşlər tribunalara qayıdacaq

İspaniyada azarkeşlər tribunalara qayıdacaq

Aktual

24 İyun 2021, 23:37

Növbəti mövsümdən İspaniyada futbol və basketbol oyunlarına stadionların tam tutumu sayında azarkeşlər buraxılacaq.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.

 

İspaniyanın Səhiyyə naziri Karolina Darias isə açıqlamasında növbəti mövsümdən pandemiyadan əvvəl olduğu kimi stadionların tam tutumu sayında azarkeşlərin qəbul ediləcəyini bildirb:

 

“Futbol və basketbol yarışlarında stadion və idman arenalarına azarkeşlərin gəlməsi baxımından normal vəziyyətimizə qayıdırıq”. 

 

Qeyd edək ki, İspaniyada bu gün açıq havada maska taxmaq qaydası 1,5 metrlik məsafə saxlamaq şərti ilə aradan götürülüb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?