Modern.az

Çex dövləti azad edilmiş bölgələrə investisiyalar yatırmaq istəyir - Səfir

Çex dövləti azad edilmiş bölgələrə investisiyalar yatırmaq istəyir - Səfir

Aktual

25 İyun 2021, 00:40

Çex Respublikası Azərbaycanın azad olunan bölgələrinin nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırmaq məqsədi ilə bir sıra yeni layihələr hazırlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Çex Respublikasının Bakıdakı səfiri Milan Ekter bildirib.

 

Onun sözlərinə görə, Çex Respublikası Azərbaycanla enerji, o cümlədən bərpa olunan enerji mənbələri (RES) sahəsində əməkdaşlıqda maraqlıdır.

 

Diplomat səfirliyin bu istiqamətlə əlaqədar çexiyalı nanotexnologiya mütəxəssisləri və ticarət-biznes təşviqat təşkilatları ilə videokonfranslar keçirdiyini bildirib.

 

Ekterin sözlərinə görə, bu, koronavirus pandemiyasından sonra Azərbaycanla əlaqələrin inkişafına aparan ilk addımdır.

 

O xatırladıb ki, daha əvvəl Azərbaycan ilə Çex arasında böyük layihələr həyata keçirilib. Xüsusilə, Bakı hava limanına gedən yolda Çex istehsalı olan məlumat lövhəsi quraşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar