Modern.az

Goranboyda yanğın - 4 nəfər reanimasiyaya yerləşdirildi

Goranboyda yanğın - 4 nəfər reanimasiyaya yerləşdirildi

Aktual

25 İyun 2021, 01:08

Goranboyda baş verən yanğın nəticəsində dörd nəfər tüstüdən zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Səfikürd kəndində baş verib.

 

Ot tayasından başlayan yanğın FHN-in yanğından mühafizə xidməti tərəfindən söndürülərək, onun daha da böyüməsinə imkan verilməyib.

 

Yanğın nəticəsində dörd kənd sakini - 1994-cü il təvəllüdlü Elməddin İsmayılov, 1997-ci il təvəllüdlü Füzuli Hüseynov, 1990-cı il təvəllüdlü Pənah Qasımov və 1997-ci il təvəllüdlü Fərman Aslanov xəstəxanaya çatdırılıb. Vəziyyəti nisbətən ağır olan P.Qasımov reanimasiya şöbəsinə yerləşdirilib (apa).

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?