“Bibiheybət” məscidində muzey yaradılıb.
Mədəniyyət Nazirliyindən Modern.az-a daxil olan məlumata görə ziyarətçilərin üz tutuqları “Bibiheybət” məscidində ilk dəfə olaraq muzey yaradılıb və zəvvarlarların ixtiyarına verilib.
Qeyd edək ki, Azərbaycan tarixən müxtəlif xalqların sülh və əmin-amanlıq içərisində birgə yaşadığı məmləkətdir. Ölkəmiz həmçinin mədəni irsinə, dini abidələrinə sahib çıxıb, onu gələcək nəsillərə ötürməyi də bacarıb. 1281-1282-ci illərdə inşa olunmuş, bu gün də dərin iman və sevgi ilə ziyarət olunan "Bibiheybət" məscidi də bunun bariz nümunəsidir.
Muzeylə bağlı videomaterialı bu linkə daxil olaraq izləmək mümkündür: bit.ly/3Anxz5F
Mehri Qurban